Yeni təyin olunan rəis 23 yaşında bank rəhbəri olub
02.03.2022
Bu gün Quliyev Vəli Eldar oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsi təyin olunub.
"Devran Media" yeni rəisin bioqrafiyasını təqdim edir.
O, 1984-cü ildə Sumqayıt şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
O, 2007-ci ildən "ParaBank”ın İdarə Heyətinin sədri olub.
2016-cı ildən isə Parabokt adı ilə "bank olmayan kredit təşkilatı” (BOKT) kimi olduqda da sədr vəzifəsini yerinə yetirib.
2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün V.Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.