21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Andrey Kazakeviç: “Belarus Ukraynaya qarşı təcavüzdə ortaq sayılır”

02.03.2022

Belaruslu politoloq, "Siyasi Sfera” Siyasi Araşdırmalar İnstitutunun direktoru, Vitovta Velikoqo Universitetinin (Litva) baş elmi işçisi Andrey Kazakeviç Ukraynada döyüş əməliyyatlarında Belarus ordusunun iştirak edib-etmədiyi barədə Oxu.Az-ın sualını cavablandırıb.

Kazakeviç Belarus ordusunun hərbi əməliyyatlarda bilavasitə iştirakı haqda məlumatının olmadığını bildirdi.

"Lakin Belarus elə davrandı ki, təcavüzdə ortaq hesab edilməsinə kifayət etdi. Əgər Belarus qoşunları Ukrayna ərazisində olsa, burada təəccüblü bir şey olmayacaq. Bunu təəssüf hissi ilə deyirəm.

Belarus qoşunlarının yardımçı istiqamətlərdə döyüş əməliyyatlarında iştiraka hazırlığı haqqında məlumatlar müharibənin ilk günlərində ortaya çıxdı. Lakin Belarus rəhbərliyi hələ də bunu təkzib edir və Rusiyanın belə bir tələblə çıxış etmədiyini bildirir. Amma belə sözlərə inanmaq çətindir”, - deyə politoloq qeyd edib.