Ukraynada daha bir yüksək rütbəli rusiyalı hərbçi öldürüldü
02.03.2022
Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Rusiya ordusunun yüksək rütbəli hərbçisi Viktor İvanoviç öldürülüb.
Rusiyalı polkovnikin öldürülməsi xəbərini Rusiya Federasiyasının Mordoviya Respublikasının rəhbəri Artyom Zdunov da təsdiq edib.
O, bu barədə özünün "Instagram” səhifəsində yazıb.
"Onun 40 yaşı var idi. Viktor İvanoviç polkovnik idi”, - A. Zdunov qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl Rusiya Milli Qvardiya Qoşunlarının Kemerovo vilayətindəki Xüsusi Çevik Cavab Dəstəsinin (SOBR) rəisi Konstantin Oqiy Ukraynadakı döyüşlərdə həlak olub.
Konstantin Oqiy Əfqanıstan və Çeçenistan müharibələrindən keçmiş təcrübəli Rusiya zabitlərindən biri olub.