Tehranda müharibəyə etiraz aksiyası
02.03.2022
Bu gün səhər Ukraynanın Tehrandakı səfirliyinin qarşısında Rusiya-Ukrayna müharibəsinə etiraz aksiyası keçirilib.
Bu barədə "Azad İran” Teleqram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, aksiyada müharibə zamanı Ukrayna təyyarəsində həlak olan iranlıların ailələri iştirak ediblər. Aksiya zamanı onlar İran polisi tərəfindən döyülərək polis bölməsinə aparılıblar.