Azərbaycan neftinin qiymətində illik REKORD
02.03.2022
Azərbaycan nefti 10 dollara qədər bahalaşıb.
"DM" xəbər verir ki, "Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 9,60 ABŞ dollar, yaxud 9,38 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 111,90 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.