Rusiya-Ukrayna görüşü sabah keçiriləcək
01.03.2022
Rusiya və Ukrayna nümayəndələri arasında görüş martın 2-də Belarus-Polşa sərhədində baş tuta bilər.
Bunu Belarus politoloqu Yuri Voskresenski deyib.
"Məndə olan ilkin məlumata görə, danışıqlar sabah olmalıdır. Nümayəndə heyətlərinin üzvləri bu axşam Minskə gəlməlidirlər”, - politoloq bildirib.