Rusiya qoşunlarının cəmləşdiyi aerodrom vuruldu
01.03.2022
Ukrayna Silahlı Qüvvələri Berdyansk şəhərinin aerodromuna "Toçka-U” ballistik raketi ilə zərbə endiriblər.
Bu barədə Ukrayna Ali Radasının sədri Dmitri Razumkov "Facebook” hesabında yazıb.
"Beş dəqiqə bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın böyük sayda qoşun cəmləşdirdiyi Berdyansk aerodromuna "Toçka-U” ilə zərbə endirib”, - deyə o qeyd edib.
O, həmçinin gecə saatlarında Ukrayna Su-25-lərinin Pobeda kəndi yaxınlığında Brovar ərazisini ələ keçirmək üçün irəliləyən Rusiya kolonuna zərbə endirdiyini bildirib.
Mənbə: Unian.net