21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

270 aviareys ləğv olunub

03.09.2018

Yaponiyada sentyabrın 4-də adalara çatacaq "Cebi” qasırğasının yaxınlaşması səbəbindən 268 aviareys ləğv olunub, dəmiryol əlaqəsində fasilələr yaranıb.
NHK telekanalının ölkənin baş meteoroloji agentliyinə istinadla yaydığı məlumata əsasən, cari mövsümdə 21-cı sıra nömrəsi alan siklon Kaqosima prefekturasından 320 kilometr cənubda yerləşir və saatda 20 kilometr sürətlə şimala doğru hərəkət edir. Siklonun mərkəzində küləyin sürəti saniyədə 45 metrə, bəzi hallarda isə 60 metrə çatır.
Mütəxəssislər qeyd edirlər ki, bu, Yaponiyada son 25 ilin ən güclü siklonu ola bilər. Sinoptiklər, həmçinin dənizdə 12 metrlik dalğalar yarana biləcəyi, sahilyanı rayonlarda yaşayan əhaliyə sahil xəttinə yaxınlaşmamaq, balıqçılara isə dənizə çıxmamaq barədə xəbərdarlıq ediblər.