Lavrov: "Rusiya Ukraynanın nüvə silahına sahib olmaması üçün bütün tədbirləri görür"
01.03.2022
Özünün nüvə silahını əldə etmək planlarına başlayan Kiyev hakimiyyəti beynəlxalq təhlükəsizliyi təhdid edir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etmək istəyi ilə bağlı real təhlükəyə reaksiya verməyə bilməz və bunun qarşısını almaq üçün bütün tədbirləri görür”, - Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.