21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Saakaşvili yenə xahiş etdi: Məni Ukraynaya göndərin!

01.03.2022

Mixail Saakaşvili ağır vəziyyət və davam edən hərbi əməliyyatları nəzərə alaraq, Gürcüstan hakimiyyətini onu Ukraynaya köçürməyə çağırıb.

"Devran Media" xəbər verir ki, bununla bağlı Saakaşvili bu gün davam edən məhkəmə iclasında bir daha deyib.

"Artıq bir dəfə Kiyev Gürcüstan hakimiyyətinə müraciət edib. Mən Milli İslahat Şurasının sədriyəm, ofisim birbaşa Zelenskinin ofisi ilə üzbəüzdür. Xüsusilə təhlükəli dövrdə məni orada gözləyirlər. Mən Ukraynada, vətəndaşı olduğum ölkədə və Ali Baş Komandanımın yanında olmalıyam”, - Saakaşvili bildirib.

Saakaşvilinin məhkəmə iclasında iki dəfə səhhəti pisləşib, ona tibbi yardım göstərilib.

Qeyd edək ki, Saakaşvili 24 fevralda keçirilən iclasda da Kiyevə göndərilməsini xahiş etmişdi.