Şoyqu: "Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək"
01.03.2022
Ukraynadakı əməliyyatın əsas məqsədi Rusiya Federasiyasını Qərbdən gələn təhlükədən qorumaqdır.
Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Rusiya Ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.
Nazir bildirib ki, Ukrayna tərəfi yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında çoxsaylı reaktiv yaylım atəş sistemləri, silahlar və iriçaplı minaatanlar yerləşdirir, dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.