Rusiya və Belarus idmançıları yarışlardan uzaqlaşdırıldı
01.03.2022
Rusiya və Belarus döyüşçüləri reytinq siyahılarından çıxarılacaq.
Bu barədə Ümumdünya Boks Assosiasiyası (WBA) öz saytında bəyanat yayıb.
Bildirilib ki, boks üzrə hazırkı dünya çempionlarının və ayrı-ayrı regionların statusu isə qorunub saxlanacaq.
Qeyd edək ki, eyni vaxtda Beynəlxalq Konkisürmə İttifaqı da Rusiya və Belarus idmançılarını yarışlardan uzaqlaşdırıb.