Aİ: “Xarkovda mülki infrastrukturun atəşə tutulması müharibə qanunlarının pozulmasıdır”
01.03.2022
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borellə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Bunu J.Borel tvitter səhifəsində yazıb.
"Avropa İttifaqı bu dramatik anlarda Ukraynanın yanındadır. Xarkovda mülki infrastrukturun atəşə tutulması müharibə qanunlarının pozulmasıdır”, - ali nümayəndə bildirib.