Rus ordusu Kiyevdə doğum evini vurdu
01.03.2022
Rus ordusunun atdığı mərmi Kiyev yaxınlığında "Adonis” özəl doğum evinə düşüb, insanlar təxliyə edilib.
Bu barədə tibb müəssisəsinin baş direktoru Vitali Girin Feysbuk səhifəsində yazıb.
"Dostlar, hamı doğum evindən soruşur. Dəstəyinizə görə təşəkkür edirəm. Doğum evinə mərmi düşüb, ziyan böyükdür, amma bina çökməyib. Hər kəs təxliyə olunub. Hər kəs təhlükəsiz yerdədir”, - məlumatda deyilir.
Qeyd olunur ki, "Adonis” doğum evi Kiyev yaxınlığındakı Jitomir şossesinin Buzova kəndində yerləşir.