21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tunc dövrünə aid yaşayış yeri aşkarlanıb

03.09.2018

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Goranboy rayonu ərazisində tunc dövrünə aid yaşayış yeri aşkarlayıb.
İnstitutun aparıcı elmi işçisi, Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov AZƏRTAC-a bildirib ki, Naftalan şəhəri və Goranboy rayonu ərazisində geniş arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı Goranboy rayonunun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkara çıxarılıb. Tunc dövrünə aid olan yaşayış yerinin üzərində antik və orta əsrlərin maddi mədəniyyət nümunələrinə rast gəlinir. Yaşayış yeri Şəfəq kəndindən 500-600 metr şimal-qərbdə, qədim dərə yatağının sol sahilindədir. Hündür-konusvari formalı təpədən ibarət olan yaşayış yeri iki hektardan artıq ərazini əhatə edir. Ekspedisiya tərəfindən yaşayış yerinin cənub və şərq yamacında yoxlama qazıntıları həyata keçirilib. Arxeoloji qazıntı işləri zamanı mədəni təbəqənin qalınlığının 10 metrdən artıq olduğu müəyyənləşdirilib. Burada tunc, antik və orta əsrlərə aid saxsı və daş məmulatı aşkarlanıb. Tunc dövrünün saxsı məmulatı qara, boz və qonur rəngli küp, küpə, bardaq, boşqab və digər qabların hissələrindən ibarətdir.
Yaşayış yerində arxeoloji qazıntı işlərinin daha da genişləndirilməsi planlaşdırılır.