Rusiya komandolarının məhvini yayan saytı blokladı
01.03.2022
"Roskomnadzor” Ukraynada baş verən hadisələr barədə onlayn məlumat yayan "Tayga.info” saytını əngəlləyib.
Bu barədə nəşrin Tvitter səhifəsində məlumat verilib.
"Biz tələblərin mahiyyətini başa düşmürük. İşi davam etdirmək üçün hələlik görüntüləri saytdan silməli olduq. Bu barədə "Roskomnadzor” məlumatlandırılıb. Amma əngəlləmə hələ də davam edir”, - redaksiyadan bildiriblər.
"Tayga.info” saytı yalnız VPN vasitəsilə açıla bilər.
Qeyd edək ki, bu sayt Ukraynada məhv edilən Rusiya xüsusi təyinatlıları haqda görüntüləri yayması ilə son günlər ciddi mənbə rolunu oynayırdı.