21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rubl sürətlə ucuzlaşır: manata hansı təsirlər olacaq?

28.02.2022

İqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya tətbiq edilən sanksiyalar və onun bu gün rublda özünü göstərməsi ilə bağlı çoxsaylı sualları ümumiləşdirib.

"Devran Media" N.Cəfərlinin bu suallara cavabını təqdim edir:

- Rublun dəyərdən düşməsi nə qədər davam edə bilər?

- Rubl və Rusiyanın səhm bazarı "sərbəst enişdədir”, çox böyük dalğalar olacaq, siyasi xəbərlər məzənnəyə yön verəcək. Əgər atəşkəs imzalansa, müəyyən dərəcədə gərginlik azalsa, rubl və səhm bazarı da sabitləşəcək.

- Rublun düşməsi manata da təsir edəcəkmi, manat bununla bağlı ucuzlaşa bilərmi?

– Yox, birbaşa heç bir təsiri yoxdur, manat "kağız neftdir”, neftin qiyməti də bahadır, bu, manatı dəstəkləyən vəziyyətdir.

- Rusiya-Azərbaycan ticarət dövriyyəsinə təsirlər olacaqmı?

– Mümkündür, əsas problem pul köçürmələrlə bağlı ola bilər, ticarət dövriyyəsi isə az deyil, 3,3 mlrd. dollar civarındadır. Amma ən maraqlı məsələ buğda qiymətləri ilə bağlı ola bilər. Çox güman, buğda bahalaşacaq, Ukraynada vəziyyətə görə bu il yaz əkini də azalacaq, deməli, Ukrayna buğda ixrac edə bilməyəcək, dünyada qiymət artacaq, o cümlədən Rusiya da qiyməti qaldıracaq.

- Rusiyanın iqtisadi zəifləməsi, rublun çökməsi başqa necə təsir edə bilər?

– Rusiyada yaşayan yüzminlərlə soydaşımızın qazancları azalacaq, deməli, Azərbaycana, öz ailələrinə göndədikləri pullar da kəskin azala bilər ki, bu da ölkəmizdə onminlərlə ailənin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq.

- Azərbaycan bu sanksiyalardan başqa nə itirə bilər?

– İtkilərlə yanaşı, qazanclar da ola bilər, hər şey hökumətin davranışlarından asılı olacaq. Amma Rusiyada vəziyyət gərginləşsə, oradan soydaşlarımızın vətənə köçü ola bilər – buna isə ölkə hazır deyil.