Solovyov “ağıllanır”: Ən çətin dönəmdəyik
28.02.2022
Qərbin sanksiyaları Rusiya üçün çox ağrılı nəticələr ilə sonlana bilər. Bu açıq-aydın Rusiyanı yox etmək məqsədi daşıyır.
Bu fikirləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.
"Biz düşünməliyik. Özü də çox düşünməliyik. Görünür, düşmənlərimiz məhz elə bunu da gözləyirdi. Bu bizim yeni tariximizin ən qəliz, ən çətin dönəmidir. Belə sanksiyalar heç İrana və yaxud Venesuelaya tədbiq olunmamışdı”, - deyə o qeyd edib.
Qeyd edək ki, aşırı millətçiliyi və digər xalqlara, xüsusilə ukraynalılara qarşı təhriqamiz ifadələri ilə qardaş qırğınını körükləyən təbliğat maşınlarından biri də Solovyovdur.