Latviya vətəndaşlarına Ukraynada döyüşməyə icazə verdi
28.02.2022
Latviya Seymi ölkə vətəndaşlarına Ukrayna uğrunda döyüşməyə icazə verib.
Bu barədə "Delphi” nəşri məlumat yayıb.
Məlumata görə, bu gün Latviya Seymi milli təhlükəsizlik haqqında qanuna Latviya vətəndaşlarının Ukraynada xidmət keçməsinə icazəni nəzərdə tutan düzəlişləri yekdilliklə qəbul edib. Ukraynanın müstəqilliyini müdafiə etmək istəyən Latviya vətəndaşları Milli Silahlı Qüvvələrin Ehtiyat Qeydiyyatı İdarəsində qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, bu günə qədər qanun latviyalılara xarici qoşunlarda və ya başqa dövlətlərin ərazilərində xidmət etməyi qadağan edirdi.