Rus ordusu irəliləyə bilmir - Britaniya
28.02.2022
Rusiya qoşunları Ukraynada böyük çətinliklərlə üzləşib. Rusiya ordusu nizamsızdır, Kremlin planları həyata keçmir.
"Devran Media" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya qoşunlarının əsas hissəsi Kiyevdən 30 kilometrdən çox məsafədə yerləşir. Onların hücumunu Ukrayna ordusu dayandırıb. İşğalın ilk günündə Rusiyanın əsas məqsədi olan Qostomel heç vaxt tam tutulmadı. Düşmən Çerniqov və Xarkovu ələ keçirməyə çalışsa da, bu ərazilər Ukraynanın nəzarətindədir. Logistik uğursuzluqlar və Ukraynanın əzmkar müqaviməti Rusiyanın hücumunu dayandırmağa davam edir. Münaqişənin təfərrüatını Rusiya əhalisindən gizlətmək cəhdlərinə baxmayaraq, Rusiya Silahlı Qüvvələri ilk dəfə itkilərini etiraf etmək məcburiyyətindədir”, - məlumatda bildirilib