Tiflis Rusiyaya sanksiyalardan imtina etdi
28.02.2022
Gürcüstan Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmayıb.
Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.
O bildirib ki, Gürcüstanın sanksiyaya qoşulacağı təqdirdə ölkənin ixracına ağır zərbə dəyə, kənd təsərrüfatı və turizm sahələri ciddi itkilər verə bilər, bu isə milli maraqlara ziddir.
"Minlərlə ixracatçı, fermer, turizm şirkəti bu sanksiyalardan əziyyət çəkəcək. Məndən nə tələb edirsiniz? Öz xalqımıza sanksiya tətbiq edim? Belə mənasız emosiyalara getmək lazım deyil”, - Qaribaşvili qeyd edib.