Zelenski Avropa İttifaqına müraciət edib: “Ukraynanı quruma üzv edin”
28.02.2022
Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqına növbəti müraciəti yayımlanıb.
O, ölkəsinin xüsusi prosedur qaydasında Avropa İttifaqına üzv qəbul olunmasını xahiş edib.
"Biz tərəfdaşlara minnətdarıq ki, onlar bizimlədirlər, lakin bizim məqsədimiz bütün avropalılarla bir yerdə olmaqdır. Ən əsas istəyimiz Avropa İttifaqında bərabər səviyyədə üzv olmaqdır. Əminəm ki, bu ədalətlidir, biz buna layiqik” – deyə 44 yaşlı siyasətçi vurğulayıb.