Kreml Zelenskini öldürmək üçün vaqnerçiləri göndərib
28.02.2022
Kreml Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək üçün Kiyevə 400-ə yaxın vaqnerçi göndərib.
"DM" xəbər verir ki, bu barədə "Tayms” nəşri məlumat yayıb.
"Putinin yaxın adamı Yevgeni Priqojin tərəfindən idarə olunan "Vaqner” şirkəti 5 həftə əvvəl külli miqdarda pul müqabilində Zelenskini öldürmək üçün muzdlu əsgərlərini Afrikadan çağırıb”, - nəşr bildirib.
Qeyd olunur ki, bu barədə məlumat rəsmi Kiyevə şənbə günü çatıb və həmin vaxtdan etibarən şəhəri rus diversantlarından təmizləmək üçün 36 saatlıq sərt komendant saatı elan olunub.