21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Polis əməliyyat keçirdi: silahlı narkotacirlər saxlanıldı

25.02.2022

Bakının Xəzər rayonu Binə qəsəbəsində silahlı, narkotik satışı ilə məşğul olan dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib.

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbəsi sakini Xanlar Hacıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, həmçinin 5 ədəd həmin silaha məxsus patron aşkar edilib. Saxlanılan şəxs ifadəsində silahı satmaq məqsədi ilə əldə etdiyini bildirib.

3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən dəstə üzvləri saxlanılıblar.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Elgün Əliyev saxlanılıb. Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vidadi Rzayev və onu başçılıq etdiyi narkotik vasitələrin satışını təşkil edən şəbəkəyə daxil olan qardaşı Namiq Rzayev, eləcə də tanışı Ceyhun Nurullayev saxlanılıblar. Şəbəkə üzvlərinin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilib. Əlavə olaraq dəstə üzvü olan Namiq Rzayevin yaşadığı evdən 1 ədəd istifadəyə yararlı "Walter” markalı tapança və patron darağı aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla Xəzər rayonu və ətraf qəsəbələrin ərazisində satmaq məqsədi ilə alıblar.

Həmçinin, Vidadi Rzayevin yaşadığı evə baxış zamanı narkotik vasitələri satdığı müxtəlif şəxslərdən bunun müqabilində əldə etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Narkotiklərin satışında və qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.