Zelenski yenidən rusiyalılara müraciət etdi: “Mübarizə aparın”
25.02.2022
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına növbəti dəfə müraciət edib.
O qeyd edib ki, Ukrayna Rusiyada müharibəyə etiraz edən vətəndaşları görür.
"Rusiyanın etiraza çıxan bütün vətəndaşlarına demək istəyirəm ki, sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başlamısınız. Bizim üçün müharibənin əleyhinə mübarizə aparın”, - deyə V.Zelenski bildirib.
Qeyd edək ki, Volodimir Zelenski ötən gün də Rusiya vətəndaşlarına müraciət edərək onları müharibə əleyhinə etirazlara çağırmışdı.
Mənbə: Pravda