İran: ABŞ Suriyadan ya çıxacaq ya da yumruqla çıxardacağıq
02.02.2018
Dövran Media Türkiyənin Yenişafak qəzetinə istinadən xəbər verir ki, bu sözləri İranın dini lideri, Ayətullah Xamneyinin baş məshələtçisi Əli Əkbər Vilayəti, Amerikanın Suriyadakı hərbi gücü haqqında danışarkən deyib. O, bildirib ki, əgər Amerika öz qüvvələrini Suriya topraqlarından öz xoşu ilə çıxarmasa biz onları yumruq gücünə ordan çıxardarıq. O, eyni zamanda Amerikanın İŞİD-i Əfqanıstana yerləşdirdiyini iddia edərək əlavə edib ki, biz Amerikanın bu planına göz yuması olsaq 900 km-lik sərhəd xəttimiz böyük təhlükə altında qalmış olacaq.