Peskov :Putin və Zelenski bu şərtlərlə görüşə bilər
24.02.2022
Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmür.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, bu görüş yalnız Ukrayna Moskvanın təhlükəsizlik problemləri barədə danışmağa hazır olduğu anda baş tuta bilər:
"Bu, neytral statusdur. Bu, silah sistemlərindən imtinadır. Məsələ burasındadır ki, Ukrayna rəhbərliyi buna hazırdırmı?”