21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rəsmi Ankara: “Rusiyanı bu haqsız və hüquqazidd addımını dərhal dayandırmağa çağırırıq”

24.02.2022

 "Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan hərbi əməliyyatı qəbuledilməz olaraq qiymətləndirir və rədd edirik”.

"Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.

"Bu hücum Minsk razılaşmalarının aradan qaldırılmasından əlavə beynəlxalq hüququn pozulmasıdır. Bölgəmizin və dünyanın təhlükəsizliyinə ciddi bir təhdid təşkil edir. Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyinə inanan Türkiyə sərhədlərin silah yolu ilə dəyişdirilməsinə qarşıdır. Rusiya Federasiyasının bu haqsız və hüquqazidd addımını dərhal dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”, - deyə Türkiyə XİN-dən bildirilib.