Bu gecə Zelenski həbs olunacaq - Rusiyalı ekspert
24.02.2022
Bu gün axşam saatlarında bütün cinayətkar Ukrayna hakimiyyətinin üzvləri, başda Zekenski olmaqla, həbs olunacaq və yaxud məhv ediləcək. Ukrayna xalqı zülmdən canını qurtaracaq. Az qalıb, bizim ukraynalı qardaş və bacılarımız, bir az səbr edin!
Yenipress.az-a istinadən xəbər veririk ki, bu fikirlərlə tanınmış Rusiyalı politoloq, Kremlin siyasi məsləhətçisi, "Sonar-2050"-nin baş redaktoru Semyon Uralov Ukrayna xalqına ünvanladığı müraciətində bildirib.
"Narahat olmayın, hər şey tez bir zamanda bitəcək. Bu gün axşam saatlarında bütün cinayətkar Ukrayna hakimiyyətinin üzvləri, başda Zekenski olmaqla, həbs olunacaq və yaxud məhv ediləcək. Ən cətini bundan sonra olacaq. Şəhərlərdə soyğunlçuluq, başsızlıq hökm sürəcək. Çünki dövlət bir neçə gün hakimiyyətsiz olacaq. Artıq indidən Ukraynada hakimiyyət üzvləri, şəhər merləri qaçmağa can atır”, - deyə Uralov qeyd edib.