Ankaradan Kremlə çağırış: Dərhal dayandır!
24.02.2022
Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan hərbi əməliyyatı qəbuledilməz hesab edirik və rədd edirik.
Bu sözlər Rusiyanın Ukraynaya hücumu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əks olunub.
"Bu hücüm Minsk razılaşmalarını ortadan qaldırmaqla, beynəlxalq hüququn ağır şəkildə pozulmasıdır və bölgənin və dünyanın təhlükəsizliyinə ciddi təhdid təşkil edir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinə inanan Türkiyə sərhədlərin silah yolu ilə dəyişdirilməsinə qarşıdır. Rusiya Federasiyasını bu haqsız və hüquqa zidd hərəkətini dərhal dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”, - bəyanatda qeyd edilib.