Rusiya bu müharibədə batacaq - Nevzorov
24.02.2022
Hazırda heç kimə və heç nəyə inanmamalıyıq, informasiyanın 65-80%-i feykdir. Heç kimdə dəqiq məlumat yoxdur. Aydındır ki, "Qələbə marşı”nın çalınmasına hələ çox var, çünki məsələ çirkli və uzundur. Yeri gəlmişkən, bu rejim üçün də ölümcüldür.
Bunu Rusiya Dövlət Dumasının eks-deputatı Aleksandr Nevzorov deyib.
"Ajiotaj üçün xüsusi bir səbəb yoxdur. Adi müharibədir. İlk xüsusiyyətlərdən isə aydındır ki, bu, uzunsürən, bütün müharibələr kimi xaotik və əlaqəsiz müharibə olacaq. Zəmanət verə bilərəm ki, Rusiya bu müharibədə batıb qalacaq, Ukrayna isə yazıq rolunu oynamağa davam edəcək”, - o qeyd edib.