Zelenski Rusiya əhalisini etiraza qalxmağa çağırdı
24.02.2022
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarını Ukraynaya qarşı müharibəyə görə etiraza qalxmağa çağırıb.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində qeyd edib.
Onun sözlərinə görə, indi Rusiya vətəndaşları hansı yolla gedəcəklərinə özləri qərar verməlidir.
"Hələ vicdanını itirməmiş hər kəs üçün çıxıb bu müharibəyə etiraz etmək vaxtıdır”, - deyə o bildirib.
Mənbə: Unian.net