23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukrayna müharibənin gedişatını dəyişə bilər - Badrak

24.02.2022

Hazırda Ukrayna dövlətinin gələcəyi üçün əsas məqam düşmənin ilk zərbəsinə tab gətirmək və çaxnaşmaya qapılmamaqdır. Hərbi obyektlərə zərbələrin endirilməsi iki funksiyalıdır: qoşunların və silahların idarə heyətini sıradan çıxarmaq, Ukrayna əhalisi arasında xaos və çaxnaşmalar yaratmaq.

Bu fikri Ukraynanın Ordu araşdırmaları, konversiya və tərk-silah Mərkəzinin direktoru Valentin Badrak bölüşüb.

"Anlamaq lazımdır ki, əhali Putinə arzuladığı imperiya üçün insan resursu kimi lazımdır. Odur ki, mülki insanlara zərər dəyməyəcək.

Ukrayna məhz birinci zərbəyə uğurla tab gətirsə, müharibənin gedişatı tamamilə dəyişə bilər. Həm də nəzərə almaq lazımdır ki, Putinin o qədər də təcrübəsi və motivasiyası olmayan hərbiçiləri döyüşə qatılır.

Təcili olaraq ərazi müdafiə qüvvələrinin bölmələrini yaratmaq və onları döyüş əməliyyatlarına səfərbər etmək lazımdır”, - o qeyd edib.