Əliyevdən Simonyanın təxribatçı sualına möhtəşəm cavab
24.02.2022
Moskvada erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Prezident İlham Əliyevə guya "etnik ermənilərin Azərbaycana girişinə qadağa” ilə bağlı təxribat xarakterli sual verib.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, Azərbaycan Prezidenti İlham Əliyev Simonyana cavabında bildirib:
"Əvvəla, bizimlə paylaşdığınız məlumat, yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik əlamətə görə dövlətə giriş qadağası yoxdur. Ermənistandan nümayəndə heyətlərinin çoxsaylı səfərləri də buna sübutdur. Mən gümüş medalı etnik erməni olan Ukrayna idmançısına şəxsən özüm təqdim etmişəm”.
Buna cavab olaraq Simonyan "bu olayı bilirəm” deyib.
Əliyev isə ona erməni katolikosunun Bakıya səfərini də xatırladıb.