Rusiya ordusu Xarkova daxil oldu - Təcili
24.02.2022
Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.
"Devran Media" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.
"Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, - məlumatda vurğulanıb.