Moskva və Sankt-Peterburq birjaları əməliyyatları dayandırdı
24.02.2022
Rublun və Rusiya fond bazarının birjanın müəyyən etdiyi həddə düşməsi səbəbiylə Moskva birjasında ticarət əməliyyatları dayandırılıb.
"Bütün bazarlarda ticarət əməliyyatları dayandırılıb. Fəaliyyətin bərpası barədə əlavə məlumat veriləcək”, - deyə birjanın mətbuat xidməti bildirib.
Moskva birjasının ardınca Sankt-Peterburq birjası da əməliyyatları dayandırıb.
Mənbə: TASS