21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Blinken Lavrovla görüşdən imtina etdi: “Mənası yoxdur”

24.02.2022

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də Avropada keçirilməsi planlaşdırılan üzbəüz görüşdən imtina edib.

"Hazırda bu görüşü keçirməyin mənası yoxdur”, - deyə Blinken çərşənbə axşamı Vaşinqtonda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.

"Əgər Rusiya Ukrayna məsələsində gərginliyin azaldılması və diplomatik həllin işlənib hazırlanmasında ciddi olduğuna dair dünya ictimaiyyətinə müəyyən dərəcədə inam yaratmaq istiqamətində addımlar atmağa hazır olarsa, Birləşmiş Ştatlar və mən şəxsən diplomatiyaya sadiq qalarıq. Rusiyanın münaqişə və müharibə yolu ilə getməsini sürətləndirdiyi bir vəziyyətdə diplomatiya pərdəsi altında hərəkət etməsinə imkan verməyəcəyik”, - deyə ABŞ Xarici İşlər Naziri bildirib.

O vurğulayıb ki, "diplomatiya indi Rusiya tərəfindən rədd edilib”, ona görə də planlaşdırılan danışıqların aparılmasına ehtiyac yoxdur. Bununla belə, Blinken əlavə edib ki, "daha ​​pis olan ssenarinin – paytaxt daxil olmaqla bütün Ukraynaya genişmiqyaslı hücumun qarşısını almaq üçün” ABŞ Rusiya ilə gələcək diplomatik təmaslara hazır olacaq.

"Əgər Moskvanın yanaşması dəyişərsə, o zaman biz (ABŞ) hazırıq, mən əməkdaşlığa hazıram”, - dövlət katibi bildirib.

Lavrovla Blinkenin görüşünün keçirilməsi təşəbbüsü daha əvvəl Vaşinqton tərəfindən irəli sürülüb. Moskva bu görüşə razılıq verdi. Tərəflərin verdiyi məlumata görə, Cenevrədə keçirilməli idi.

Mənbə: TASS