03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Moskvada Əliyevin ortaya qoyduğu liderlik nümunəsi

23.02.2022

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və formalaşdırdığı lider obrazı bütün dünyada təqdir olunur.

Azərbaycanın müttəfiqlərinin, dostlarının və obyektiv dairələrin bu amilləri yüksək qiymətləndirməsi təbiidir. Ancaq indiki halda dövlət başçısının sahib olduğu imic və liderlik keyfiyyətləri hətta Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilənləri də reallığı etiraf etməyə sözün əsl mənasında məcbur edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri qonşu ölkənin mətbuatının da diqqət mərkəzində olub. Elə ötən gün "Rossiya 1” telekanalının efirində yayımlanan "Vladimir Solovyovla axşam” verilişində də mövzuya yer verilib.

Verilişin aparıcısı Vladimir Solovyov ölkəmizdə jurnalist fəaliyyətindən daha çox Azərbaycana qarşı qərəzli fikirləri, ermənipərəst mövqeyi ilə tanınır. Lakin dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi səriştəsi və Azərbaycan dövlətinin rəhbəri kimi beynəlxalq nüfuzu hətta V.Solovyov kimi ən yumşaq halda qərəzli jurnalist adlandıra biləcəyimiz şəxsi belə həqiqətləri etiraf etməyə vadar edib.

O, proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putinin birgə mətbuat konfransından kadrları təqdim edərkən "mən əsl prezidentliyin necə göründüyünü bilirəm” sözlərindən istifadə edib.

İlham Əliyevin səlis nitqi və əsl lider görüntüsündən bəhs edən V.Solovyov sonda "bax, hörmətli prezidentlər bu cür görünməlidir” fikrini səsləndirib.

Azərbaycan dövlətinin və liderinin beynəlxalq nüfuzu dünya ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib. Lakin V.Solovyov kimi erməni təbliğat maşınının dəyirmanına su tökmüş, Azərbaycana qarşı qərəzli mövqeyi ilə daim seçilən birinin dilindən çıxmış bu sözlər Azərbaycan dövlətinin qüdrətinin və onun lideri İlham Əliyevin şəxsi nüfuzunun hətta sözügedən mövqe sahibləri (Azərbaycana qarşı qərəzli – red.) tərəfindən də inkar edilə bilməyəcək səviyyədə olduğunun əyani sübutudur.

Xüsusilə qeyd edək ki, burada əsas məqam heç də Solovyovun dilindən çıxan sözlər deyil, ona bu sözləri söylədən amillərdir. Azərbaycanın hər zaman nümayiş etdirdiyi obyektiv və tutarlı mövqeyi, dünyada gedən proseslərdə fəal iştirakı, bəşəriyyətin gələcəyi naminə çıxış etdiyi çoxsaylı təşəbbüslər və bütün bunların mərkəzində dayanan İlham Əliyevin siyasi bacarığı və uğurlu lider obrazı hər kəs üçün danılmaz bir reallıqdır.