21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İstanbulda Xocalı soyqırımının ildönümü ilə bağlı konfrans keçirilib

23.02.2022

İstanbulun Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.

Tədbir Azərbaycanın İstanbuldaki Baş konsulluğu və Mərmərə Universiteyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayevə Xocalı soyqırımının ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli qətliam olduğunu qeyd edərək bu vəhşilik aktının bütün dünyada təbliğ edilməsinin vacibliyini vurğulayıb:

"Soyqırıma aid görüntülərə baxanda o qətliamın və işgəncələrin cəbhədə deyil dinc insanlara qarşı törədildiyini aydın şəkildə görmək mümkündür. Bu sadəcə Azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu cinayətlərin günahı o zamanki erməni hərbi-siyasi hakimiyyətidi və onları dəstəkləyənlərin üzərindədir. Lakin o şəxslər hələ də öz cəzalarını çəkməyiblər. Tək istəyimiz bu cinayətkarların hüquqa təslim edilməsi və layiqli cəzalarını çəkməsidir" - o qeyd edib.

Bundan əlavə, N. Mustafayevə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında ‘Justice for Khojaly’ kimi kampaniya və təşkilatların böyük rolu olduqlarını da qeyd edib. Öz növbəsində Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri professor Okan Yeşilot Xocalı soyqırımını amansız bir qetliam olduğunu qeyd edərək, bunun ermənilərin Azərbaycan türklərinə qarşı tarixi bir nifrətlərinin nəticəsi adlandırıb:

‘Biz bu soyqırım haqda reallıqları xarici həmkarlarıımıza danışdığımızda onlar belə bir vəhşiliyin törədilməsinə inana bilmirdilər. Bu sahədə bütün gücümüzü birləşdirib işimizi davam etdirməliyik. Soyqırımdan 30 il keçib, amma 30 min il keçsə belə acımız keçməz’.

Aydın Universitetinin siyasi elmlər üzrə eksperti Murat Janenin sözlərinə görə, ermənilər Xocalı soyqırımını törədəcəklərini artıq Malıbəyli və Qaradağlı soyqırımı ilə bəlli etmişdilər:

‘Bu soyqırım ermənlirər üçün simvolik bir qətliam idi – türkləri məhv etmək məqsədi, intiqam simvolu. Və törədilmiş bu vəhşilik Azərbaycan ərazilərinin işğalını da tezləşdirmişdir’ - o deyib.