Kim Çen İn Kobzon ailəsinə başsağlığı verdi
02.09.2018
Şimali Koreya lideri Kim Çen İn müğənni İosif Kobzonun ailəsinə başsağlığı verib.
"Dövran Media" xəbər verir ki, bunu Rusiyanın beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidko Kobzonun vida mərasimində deyib.
"Belarus Prezidenti Aleksandr Lukaşenko başsağlığı verib. Eyni zamanda Şimali Koreya lideri Kim Çen İn də Moskvadakı səfirlik vasitəsilə göndərdiyi teleqramda başsağlığını bildirib”, - Şvidko qeyd edib.
Qeyd edək ki, Rusiya və SSRİ xalq artisti İosif Kobzon avqustun 30-da 81 yaşında vəfat edib. Müğənni xərçəng xəstəliyindən əziyyət çəkirdi.