21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əliyev müharibədən sonra bunu Putinə ilk dəfə dedi...

23.02.2022

Əliyev Putinlə mətbuat konfransında bildirdi ki, "Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”.

Azərbaycan Prezidenti müharibədən sonra bunu Moskvada – Putinlə görüşlərdə ilk dəfə açıq mətnlə səsləndirir və bu onu deməyə əsas verir ki:

- Moskva ilə müttəfiqlik sənədini imzalayan Bakının Qarabağla bağlı əsas istəklərindən biri bu olub;

- Əliyev-Putin görüşündə məsələ müzakirə edilib, böyük ehtimalla razılaşdırılıb;

Mövcud situasiyada Putinin Bakının istəyinə uyğun razılaşmaların icrasında irəliləyiş əldə edilməsi qərarına gəlməsi ehtimalı da güclüdür.

Putin Əliyevlə görüşdən bir gün öncə Paşinyanla danışmışdı və mətbuat konfransında qeyd etdi ki, "...dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib”.

Əliyevlə Putin Moskvada sənəd imzalayarkən Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi bu kontekstdə diqqət çəkir.

Mümkündür ki, 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yaxın dövrdə görə bilərik və bu, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi istiqamətində addımlardan biri ola bilər.