21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TANAP-la bu il 16 mlrd. kubmetrdən çox qaz nəql ediləcək

23.02.2022

Bu il Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə Türkiyə və Avropaya 16,2 mlrd. kubmetr qazın nəqli planlaşdırılıb.

"Devran Media"-nın məlumatına görə, bunu mətbuat konfransı zamanı TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

"İnanıram ki, biz bu göstəriciyə nail olacağıq", - deyə S. Düzyol vurğulayıb.

Xatırladaq ki, bu günə kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.