Misir prezidenti Azərbaycana gələcək
23.02.2022
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi Azərbaycana səfər edəcək.
Bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.
Onun sözlərinə görə, COVİD-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.
Səfir əlavə edib ki, Abdel Fattah Al Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlanmayıb.