Rusiya şirkətləri Qarabağa gəlir
22.02.2022
Rusiya şirkətləri Azərbaycanın dövlət müəssisələrinin özəlləşdirilməsində, Qarabağ ətrafındakı rayonların bərpasında fəal iştirak etməyə hazırdır.
"DM" xəbər verir ki, bu barədə Rusiya və Azərbaycan prezidentlərinin danışıqları üçün hazırlanmış materiallarda qeyd olunub.
"Gündəlikdə iri flaqman layihə vasitəsilə iqtisadi əlaqələrin intensivləşdirilməsi var. Rusiyanın iqtisadi operatorları Azərbaycanın dövlət müəssisələrinin özəlləşdirilməsində, Qarabağ ətrafındakı ərazilərin bərpasında fəal iştirak etməyə hazırdırlar”, - məlumatda qeyd olunub.
Sənəddə bildirilib ki, 2020-ci ildə Rusiya ilə Azərbaycan arasındakı ticarət həcmi 2.9 milyard dollar (2019-cu illə müqayisədə 10.7 faiz az) təşkil edib. İxrac 2.075 milyard, idxal isə 813 milyon dollar olub:
"2021-ci ilin yanvar-noyabr aylarında qarşılıqlı ticarət 2 milyard 933,5 milyon dollar (keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artım) olub. Rusiyanın Azərbaycana birbaşa investisiyaları 4.5 milyard dollar, Azərbaycanın Rusiyaya birbaşa investisiyaları isə 1.5 milyard dollar təşkil edib