Ərdoğan: Heç kimdən icazə alacaq deyilik
02.09.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Rusiyadan C-400 zenit-raket qurğularını almaq üçün heç kimdən icazə istəmək fikrində deyil.
"Dövran Media"nın "Milliyet”ə istinadla verdiyi xəbərə görə, Türkiyə lideri qeyd edib ki, ölkə iqtisadiyyatda, xüsusən də müdafiə sənayesi sahəsində müstəqilliyə can atır.
"Biz Rusiya ilə C-400 qurğularına dair saziş imzalamışıq. Bəziləri bundan narahatdır. Bağışlayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik”, - Ərdoğan deyib.