Lavrov Xəzər sammitindən danışdı
22.02.2022
Aşqabadda keçirilən VI Xəzər sammitinin yekunlarına əsasən, yaxşı sənədlər paketi razılaşdırılacaq.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Təbii ki, bizi birləşdirən bir çox mövzular arasında Xəzər dənizi də var. Aşqabadda keçiriləcək VI Xəzər Zirvə toplantısına hazırlıq sona çatır. Ümid edirik ki, bu il biz qonaqpərvər Türkmənistanda bir araya gələ biləcəyik və hazırda danışıqlar mərhələsində olan qərarları qəbul edəcəyik”, - Lavrov bildirib.
Qeyd edək ki, VI Xəzər sammiti bu il Türkmənistanda keçiriləcək.