Rusiya “bütün Donbas” üçün savaşa başlayır
22.02.2022
"Lxr” və "dxr” Rusiya tərəfindən Donetsk və Luqansk vilayətlərinin sərhədləri çərçivəsində tanınacaq.
"DM" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.
Qeyd edək ki, dünən Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin müavini Andrey Klimov Rusiyanın "respublikalar”ı hazırki sərhədləri içərisində tanıyacağını bildirmişdi. Belə ki, hazırda Donbasın müəyyən hissəsinə Ukrayna ordusu nəzarət edir.