ABŞ səfirliyi Polşaya köçdü
22.02.2022
Bir müddət öncə Kiyevdən Lvova köçən ABŞ səfirliyinin əməkdaşları artıq Polşadadır.
Bu məlumatı ABŞ Dövlət katibi Entoni Blinken təsdiqləyib.
O bildirib ki, ABŞ diplomatları az öncə Lvovdan gəliblər:
"Onlar Polşada gecələyəcəklər, amma vaxtaşırı olaraq Lvova qayıdacaqlar və konsulluq xidmətlərini də davam etdirəcəklər”.
Dövlət Departamenti isə diplomatların müvəqqəti gedişinin ABŞ-ın Ukraynaya dəstəyinin heç bir halda dayanması anlamına gəlmədiyini qeyd edib.