Rusiyadan aldığımız silahların MƏBLƏĞİ
02.09.2018
Biz bu gün həmçinin hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik.
"Dövran Media"nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunları üzrə deyib.
İlham Əliyevin sözlərinə görə, "Azərbaycan və Rusiya arasında reallaşdırılan müqavilələr, "daha doğrusu Azərbacyanın Rusiyadan aldığı hərbi məhsullar beş milyard dolları keçir və bu tendensiya artır”.
"Çünki Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini davam etdirir, Rusiya isə beynəlxalq bazarda hərbi məhsulların əsas istehsalçısı və satıcısıdır”.