Rusiyada avro 91 rublu keçdi
22.02.2022
Rusiyada ötən gün Ukraynadakı qondarma qurumların tanınmasının ardınca rublun ucuzlaşması davam edir.
"DM" xəbər verir ki, səhər saatlarında birjaların açılması ilə dollar 80,73 rubla qalxıb. Avro isə 91,21 rubl olub.
Qeyd edək ki, avronun məzənnəsi ötən ilin aprelindən sonra ilk dəfə bu qədər bahalaşıb.